Əsas Səhifə > Güney Press > Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaqBu gün, 09:55 |
Ermənistan ümid edir ki, Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ siyasi elitası üçün prioritet olacaq. “Report” xəbər verir ki, bunu Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşdə baş nazir Nikol Paşinyan bəyan edib. "Əgər siz ABŞ-nin Ermənistana dəstəyinin ən effektiv yolunun hansı olduğunu soruşsanız, mən deyərdim ki, Cənubi Qafqazda sülhə nail olmaqla bağlı gündəliyin ABŞ siyasi elitasının prioritetlər siyahısına daxil edilməsi çox vacib olardı", - o qeyd edib. Geri qayıt |