Əsas Səhifə > Güney Press / Ana xəbər > Təəssüflər olsun ki, Ağcabədiyə Şahin Məmmədov kimiləri rəhbərlik edir

Təəssüflər olsun ki, Ağcabədiyə Şahin Məmmədov kimiləri rəhbərlik edir


23-04-2014, 14:22
Təəssüflər olsun ki, Ağcabədiyə Şahin Məmmədov kimiləri rəhbərlik edir
DİA.AZ: - Az əvvəl Ağcabədi rayonunda sahibkarların yerli icra strukturlarından narazılığı ilə bağlı informasiyanı diqqətinizə çatdırmışdıq. Deyəsən, xəbərimiz Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovu əməlli-başlı əsəbiləşdirib. Bu, elə başçının öyrətdiyi adamların redaksiyamıza etdiyi telefon zəngindən də anlaşılırdı.

Belə ki, özünü rayonun Ağabəyli kəndindən olan sahibkarlardan biri kimi təqdim edən 050 205 22 11 nömrəl telefondan zəng etmiş şəxs özünün yox, başçının hansı formada əsəbi olduğunu və hansı tərzdə KİV-lərə yanaşdığını nümayiş etdirdi.

DİA.AZ olaraq bildiririk ki, biz qeyd olunan nömrədən edilən zəngi birbaşa olaraq icra başçısının reaksiyası və mövqeyi kimi qəbul edirik və onun ifadələri kimi anlayırıq. Əgər həqiqətən də belədirsə, təəssüflənirik ki, Ağcabədi kimi rayona Şahin Məmmədov kimi şəxslər rəhbərlik edir.

Geri qayıt