Əsas Səhifə > Güney Press > Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcəkBu gün, 00:35 |
ABŞ-nin dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor vəzifəsini müvəqqəti icraçısı təyin edilib. "Report" xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb. "USAID-in bir çox funksiyaları qalacaq. Lakin onlar ABŞ-nin xarici siyasətinə uyğunlaşdırılmalıdır", - Rubio bildirib. Bundan əvvəl demokratlar və keçmiş diplomatlar USAID-in ləğvinə etirazlarını bildirərək, agentliyin bütün dünyada insanlara kömək etdiyini və yardımın ABŞ-nin dünya səhnəsində mövqeyini gücləndirdiyini iddia ediblər. Geri qayıt |