Əsas Səhifə > Güney Press > Paşinyan ABŞ-də etirazla qarşılandı

Paşinyan ABŞ-də etirazla qarşılandı


Dünən, 23:31
Paşinyan ABŞ-də etirazla qarşılandı
Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri çərçivəsində ABŞ-dəki həmyerliləri etiraz aksiyası keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV-də xəbərlər dərc olunub.

Fəallar Ermənistan səfirliyinin divarına “Paşinyan erməniləri uğursuzluğa düçar etdi” yazılı plakat asıblar.

Bundan əlavə, Vaşinqtondakı erməni icmasının əksər nümayəndələri onunla fevralın 3-nə planlaşdırılan görüşdən imtina ediblər.

Qeyd edək ki, Ermənistanın Baş naziri fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir.
Geri qayıt