Əsas Səhifə > Güney Press / Ana xəbər > Şahin Sultanovun həbs xəbəri yayıldı

Şahin Sultanovun həbs xəbəri yayıldı


23-04-2014, 11:56
Şahin Sultanovun həbs xəbəri yayıldı
Ötən ay Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanov dünən həbs olunması ilə bağlı redaksiyamıza məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, eks-komandan Şahin Sultanovun dünən saxlanıldığı bildirilir.

Qeyd edək ki, Şahin Sultanov ordudan xidməti uyğunsuzluğa görə tərxis olunub.

Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunmuşdu.

Geri qayıt