Əsas Səhifə > Güney Press > " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir"

" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir"


Bu gün, 17:58
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir"
Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir.

APA-nın Tiflis müxbiri xəbər verir ki, bunu AŞPA-nın prezidenti Teodoros Russopoulos jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləndiyini, bu səbəbdən də assambleyada iştirakın seçim deyil, öhdəlik olduğunu vurğulayıb:
“Parlament Assambleyası qismən razılaşma deyil, bu, iştirakı seçim deyil öhdəlik olan nizamnamə orqanıdır. Etimadnamələr qəbul edildiyindən onlar assambleyada olmalıdırlar. Bu onların öhdəliyidir”.
Russopoulos məsələnin ötən gecə hərtərəfli müzakirə edildiyini, qarşıdakı həftələrdə də müzakirə ediləcəyini, qərarın AŞPA-nın apreldəki sessiyasında qəbul ediləcəyini qeyd edib.

Geri qayıt