Əsas Səhifə > Güney Press > “Bu, Ermənistan üçün fəlakətdir”
“Bu, Ermənistan üçün fəlakətdir”Bu gün, 16:45 |
“Zəngəzur dəhlizi” Türkiyə və Azərbaycanın qarşıdakı illər üçün əsas strateji hədəfidir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikrin müəllifi yerli revanşist politoloq Varujan Geqamyandır. Onun sözlərinə görə, əgər bu plan həyata keçirilsə, Türkiyə-Azərbaycan tandemi 3 vacib məqsədə nail olacaq: “Türkiyə və Azərbaycan arasında quru sərhəd tam formalaşacaq, bu da Türkiyəni Cənubi Qafqazda dominant gücə çevirəcək. Türkiyə türk dünyası ilə birbaşa əlaqə əldə edəcək, bu isə Ankaranın regionda güc mərkəzinə çevrilməsinə şərait yaradacaq. Ermənistanın cənubu kəsiləcək və ölkə faktiki olaraq anklava çevriləcək, nəticədə tamamilə Türkiyədən asılı vəziyyətə düşərək tədricən yox olmaq təhlükəsi ilə üzləşəcək”. Geri qayıt |