Əsas Səhifə > Güney Press > Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır

Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır


Bu gün, 15:19
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır.

“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Ancaq biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də Minsk qrupunun buraxılması eyni məna daşıyır" - o qeyd edib.

Geri qayıt