Əsas Səhifə > Güney Press > "Rusiya əzilməli, məhv edilməlidir"
"Rusiya əzilməli, məhv edilməlidir"29-01-2025, 16:50 |
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan “Rusiya əzilməli, məğlub edilməli və məhv edilməlidir” ifadəsi ilə gündəmə gəlib. Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” nəşri məlumat dərc edib. Bildirilir ki, Simonyan Baltikyanı ölkələrin parlamentariləri ilə görüşü zamanı "Rusiyanın Ermənistana və Baltikyanı ölkələrə xeyirli olması üçün əzilməli, məğlub və məhv edilməlidir" deyib. Milli Məclis sədrinin mətbuat katibi mətbuatda yayılan məlumatlarla bağlı təkzib verib. Onun sözlərinə görə, yayılan xəbərlər yalan və reallığa uyğun gəlmir. Mətbuat katibi həmçinin, görüşün qapalı keçirildiyini də qeyd edib. Geri qayıt |