Əsas Səhifə > Güney Press > Əyalət mollasından yeni sərsəmləmə
Əyalət mollasından yeni sərsəmləməDünən, 13:04 |
Bir müddət əvvəl Ərdəbildə tədbir keçirərək, Azərbaycanı və Azərbaycan xalqını təhqir edən Ərdəbilin imam cüməsi Həsən Amili yeni iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, “əyalət mollası” bu dəfə ona “təhdid” olduğunu deyib. Özünün “X” platformasındakı hesabında Amili yazıb ki, həmin tədbirdən sonra guya, ona təhdidlər artıb. Onun iddiasına görə, həmin təhdidlər guya, Azərbaycandan gəlir. “Azərbaycanda bəziləri məni ölümlə hədələyirlər. Bunu gizlətmirlər. Açıq şəkildə yazırlar”. P.S. Bu, “əyalət mollası” elə zənn edir ki, onu Bakıda adam yerinə qoyan var. Özünü o qədər önəmli fiqur sayır ki, guya, Azərbaycan onun sarsaq bir hərəkətinə görə öldürəcək. Əvvəla, Azərbaycanda nə bu fikirdə olan var, nə də bu barədə danışan. Amili özü özündən xoflanıbsa, bu ayrı şeydir. Amma onu etdiyi əxlaqsız hərəkətinə görə, Şimaldan kiminsə cəzalandırmasına ehtiyac da yoxdur. Elə Ərdəbilin qeyrətli oğulları onun pişiyini divara dırmaşdıracaqlar. Geri qayıt |