Əsas Səhifə > Güney Press > Ermənistanın addımı Çini qəzəbləndirdi
Ermənistanın addımı Çini qəzəbləndirdiDünən, 10:29 |
Yeddi aya yaxındır Çinin Ermənistanda səfiri yoxdur. Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib. Ekspert baş verənlərin təsadüfi olmadığını bildirib: “Bu, Ermənistan-Çin münasibətləri tarixində görünməmiş və müstəsna bir hadisədir. Bu, çox aydın mesajdır, əmin olun ki, bu gün Pekinin diplomatik arsenalında İrəvana göndərilə bilən yüzlərlə peşəkar var. Bəs belə bir yanaşmanın səbəbləri nələrdir? Birincisi, Ermənistan ən yüksək səviyyədə təminatlara baxmayaraq, Pekinin (nəqliyyat dəhlizləri ilə bağlı) “Bir Kəmər, Bir yol” meqalayihəsinə qətiyyən maraq göstərmir və onun bir hissəsi olmaq üçün heç bir iş görmür. İkincisi, Ermənistan hələ də Çinə qarşı faktiki olaraq mövcud olmayan Dini Azadlıq Alyansının üzvü olaraq qalır. Onun təsisçisi ABŞ-nin keçmiş dövlət katibi Pompeo özünün anti-Çin mahiyyətini bəyan etmiş biridir. Əslində, alyans dörd ildən artıqdır fəaliyyət göstərmir, amma Ermənistan formal olaraq onun tərkibində olmaqda davam edir. Üçüncüsü, xatırlamaq lazımdır ki, Ermənistan Tayvan iqtisadiyyat nazirini qəbul edən ölkədir. Tayvan məsələsi Çin üçün ən həssas məsələdir. Çin belə şeylərə dözmək fikrində deyil. Bütün bunlardan sonra çinli həmkarlarımızın bu cür yanaşması kifayət qədər məntiqlidir və supergüclərə belə yanaşmaq olmaz”. Geri qayıt |