Əsas Səhifə > Güney Press > Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlıDünən, 09:30 |
Ali Məhkəmədə 2023-cü ilin aprelində Tovuz sakini olan 13 yaşlı Mədinə Ağayevanı (şərti) qaçırmaqda təqsirləndirilən Xaçmaz rayon Xudat şəhər sakini, 1979-cu il təvəllüdlü Səfər Kavazovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Qeyd: S.Kavazova qarşı Cinayət Məcəlləsinin 144.3 və 149.3.3-cü (Adam oğurluğu və zorlama) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki Xudat Ailə Sağlamlıq Mərkəzində mühafizəçi işləyən 45 yaşlı Səfər Kavazov yeniyetmə qızla “snapchat” sosial şəbəkəsində tanış olub. O, M.Ağayeva ilə evlənəcəyini deyərək azyaşlını inandırıb və Tovuzdakı evlərindən qaçaraq Xaçmaza gəlməsini istəyib. Bundan sonra 45 yaşlı kişi 13 yaşlı qızı Xudatda yaşayış olmayan evə apararaq bir neçə gün gizli saxlayıb və bu müddət ərzində cinsi təcavüzə məruz qoyub. Səfər Kavazov ifadəsində bildirib ki, Mədinə ona 18 yaşının olduğunu deyib və fiziki cəhətdən yetkinlik yaşına çatması görüntüsü yaradıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər Kavazova 16 il həbs cəzası verilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə təmin etməyib. Geri qayıt |