Əsas Səhifə > Güney Press > Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır...
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır...Dünən, 09:25 |
Əsas və hüququ olmadan xəstəlik vərəqəsi almaq,bir çox hallarda həqiqətən xəstələnən işçilərində xəstəlik vərəqələrinin almasına da şübhələr yaradır. Bu səbəblərdən də xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalı və busahədə qanunvericiliyin tələblərini pozma hallarına yol verməməlidirlər. Məhz bunun nəticəsi olaraq son dövrlərdə işəgötürən və həmkarlar ittifaqı tərəfindən müalicəsi ilə əlaqədar xəstəlik vərəqəsi alan və ev şəraitində müalicə alan işçinin evlərinə getməklə onun evdə olub - olmaması halları, evdə olmayanişçilər barədə tibb müəssisəyə məlumat verməklə xəstəlik vərəqələrininləğv etdirmək,akt tərtib etməklə işçilərin əmək müqavilələrinin ləğv etmək kimi hallara yol verilir. Qeyd olunan bu hallar isə aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur: 1. Xəstəlik vərəqəsi-xəstəliklə əlaqədar işçini müalicə edən həkimlər tərəfindən müəyyən prosedur tibbi göstərişlərlə verilə bilər, o cümlədən də ev şəraitində müalicə almaq. Lakin, qanunvericilikdə xəstəlik vərəqəsi ilə əlaqədar müalicə alan işçinin mütləq evdə olması və ya yataq rejimində olması barədə məcburi normativ hüquqi akt yoxdur. Aydındır ki, əgər işçinin xəstəliyi daha ağır vəziyyətdə olsa idi,o ambulator deyil, stasionar qaydada müalicə alardı. 2. Xəstəlik vərəqi işçinin xəstəliyi ilə əlaqədar əmək funksiyalarının yerinə yetirə bilməməsi səbəbinə görə verilən sənəddir. Bu sənəd onun mənzildən kənara çıxmasını qadağan edən sənəd deyil, pandemiya dövründə olduğu kimi. Bu halda həmin işçinin qısa müddətdə evdən həyətəçıxması, aptekə və maqazinə getməsi,yaxınlıqda olan qohumuna getməsi və sair kimi hüquqlarını əlindən almır,xəstə olmamasını təsdiq etmir. Xəstəlik vərəqəsi işçinin özəmək funksiyasını yerinə yetirə bilməməsi ilə əlaqədar verilir. 3.İşəgötürən və Həmkarlar ittifaqı tərəfindən işçi və ya işçilərin bu qaydada yoxlanılması onların səlahiyyətləri həddində deyil, müstısna hallarda isə bu hüquq mühafizə və müvafiq dövlət qurumlarına məxsusdur, eyni zamanda əmək kollektivi arasında inamsızlıq yaratmaqla işçinin mənzil, istirahət, müalicə və s. hüquqlarının pozulması ilə nəticələnir. 4. İşçinin xəstə olub olmamasını yoxlamaq İşəgötürən və Həmkarlar ittifaqının vəzifəsi deyil, bu tibbi müəssisəlırin səlahiyyətlərinə aid olan bir hüquqdur. Qeyd olunan halda hər iki qurumun əsas vəzifəsi ondan ibarət ola bilər ki, həmin işçiyə və onun ailəsinə: maddi, mənəvi və fiziki yardım göstərsin və bu səbəblə əlaqədar işçinin mənzilinə getsin 5. İşçilərə verilmiş xəstəlik vərəqəsinin ləğv edilməsi səlahiyyətli isə buna kifayət qədər şübhə və əsaslar olduqda, yalnız onu verən tibb müəssisəsinin komissiyası və məhkəmə qaydasında həyata keçirilə bilər. 6. Bir faktıda nəzərə almaq lazımdır ki, mövcud qanunvericilikdə saxta xəstəlik vərəqəsini verən tibb işçiləri üçün inzibati və digər müvafiq məsuliyyət nəzərdə tutulur. 7. İşəgötürənin bu halda, saxta xəstəlik vərəqi verən həkim və tibb müəssisələri barədə müvafiq tədbirlərin görülməsi barədə şikayət verə, onların müvafiq məsuliyyətı cəlb olunması və dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmaq hüququ var. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.website) Geri qayıt |