Əsas Səhifə > Güney Press > Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır...

Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır...


Bu gün, 17:52
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır...
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevlə görüşüb.
Görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Görüşdə həmçinin, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, Azərbaycan həmişə İranla əlaqələrin normal olmasında maraqlı olub"Rəsmi Bakı hesab edir ki, iki ölkə arasındakı münasibətlər qonşuluq prinsiplərinə əsaslanmalıdır. Həmçinin əməkdaşlıqlar iqtisadi, siyasi, mədəni və digər bütün sahələrdə inkişaf etməlidir. Digər tərəfdən Azərbaycan münasibətlərin inkişafı üçün hər zaman önəmli addımlar atıb. Bu konteksdə Azərbaycan İrandan da adekvat cavab gözləyir. Lakin bəzən İranın daxilində müəyyən qüvvələr Azərbaycanla əlaqələri pozmaqda maraqlı olub. Bu səfər Azərbaycan və İran arasındakı münasibətlərin inkişafına müsbət töhfələr verə bilər. Rəsmi Tehranın hazırda sosial-iqtisadi problemləri getdikcə dərinləşir. Bu baxımdan əməkdaşlıqların artması Azərbaycan kimi İranın da maraqlarına uyğundur. Ümid edirik ki, bundan sonra da tərəflər arasındakı münasibətlər müsbət yöndə davam edəcək".

Geri qayıt