Əsas Səhifə > Güney Press > Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi

Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi


Bu gün, 16:34
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini - Səfərbərlik şöbəsinin sabiq rəisi Adil Hüseynov Ali Məhkəməyə müraciət edib.

Qaynarinfo-nun məlumatına görə, Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilən Adil Hüseynovun işinə 07.05.2025-ci il tarixində Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilən Adil Hüseynov ötən ilin fevral ayında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 8 il 6 ay azadlıqdan məhrum olunub. Ötən ilin may ayında həbsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verən Adil Hüseynovun şikayəti təmin edilməyib.

Geri qayıt