Əsas Səhifə > Güney Press > Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı”

Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı”


Bu gün, 11:55
Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı”
“Ermənistanın hazırkı iqtidarı anlayır ki, ABŞ-da demokratların iki il sonra Konqresdə səs çoxluğu qazanmaq şansına qədər vaxt udmaq üçün region ölkələri ilə siyasi-diplomatik manevrlər etməlidir. Rusiya isə bu imkandan istifadə edib, Ermənistanı yenidən özünə bağlamağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Nazim Bayram deyib.

Onun sözlərinə görə, dünənki Lavrov-Mirzoyan danışıqlarının “səmimiyyəti” birgə mətbuat konfransındakı bu konfuzdan bilinir:

“RBK agentliyinin jurnalisti hər iki nazirə sual ünvanladı. O, “Ermənistan Avropa İttifaqına üzvlüyü nə vaxta planlaşdırır və Aİ-yə üzvlüklə Avrasiya İqtisadi İttifaqına üzvlüyünü necə uzlaşdıracaq” sualını verdikdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov təklif edir ki, bu suala Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cavab versin. Mirzoyan Lavrova istehza ilə “birinci mənə cavab verməyi təklif edirsiniz ki, cavabımdan asılı olaraq cavab verəsiniz?” deyir. Lavrov məsum sifətlə “Xeyr, bu sual mənə deyil, yalnız sizə ünvanlanıb” cavabını verir (Lavrova başqa sual veriləcək). Epizod göstərir ki, baş tutmuş danışıqların nəticəsində Mirzoyanın Lavrova etibarı artmayıb (hər nə qədər Lavrov ictimaiyyəti buna inandırmağa çalışsa da)”.

N.Bayramın fikrincə, Mirzoyana ünvanlanan sual öncədən hazırlanıb:

“Lavrovun “bu sual yalnız sizə verilib” ifadəsi göstərir ki, mətbuat konfransındakı suallar əvvəldən hazırlanmış ssenari üzrə verilib. Yoxsa Lavrov nə bilirdi ki, ona başqa sual veriləcək? Həyəcandan özünü “yandırdı”. Buradan aydın olur ki, danışıqlarda Rusiya Ermənistanın qərbyönlü siyasəti ilə bağlı Mirzoyandan aydın cavablar ala bilməyib. Ona görə öyrədilmiş jurnalistin vasitəsilə bu haqda publik sual verməyə ehtiyac duyulub”.

Geri qayıt