Əsas Səhifə > Güney Press > 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayırDünən, 17:06 |
Özünü poilis general-mayoru kimi təqdim edərək vətəndaşların 61 700 manatını dələduzluq yolu ələ keçirməkdə təqsirləndirilən Elvin Babazadənin məhkəməsi başlayır. Qaynarinfo-nun məlumatına görə, işə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Yanvarın 24-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Anar İbadzadənin sədrliyi ilə keçiriləcək. Elvin Babazadə ötən ilin yayında polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. DİN-nin həmin vaxt yaydığı açıqlamaya görə, araşdırma zamanı müəyyən edilib ki, Bakı sakini, əvvəllər məhkum olunmuş Babazadə Elvin Firudin oğlu özünü ali rütbəli (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib. Cari ilin aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61700 manatını dələduzluq yolu ilə talayıb. Faktla bağlı Elvin Babazadə barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə) maddəsi ilə maddəsi ilə cinayət işi başlanılıb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Elvin Babazadənin cinayət işi üzrə 4 nəfər zərərməkmiş qismində tanınıb. Geri qayıt |