Əsas Səhifə > Güney Press > Əlillərlə olan əmək münasibətlərinin dayandırılması...
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması...Bu gün, 08:38 |
Son dövrlərin təcrübəsi, praktika, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilat İB - yinə edilən müraciətlər də təsdiq edir ki, bir çox idarə, müəssisə və təşkilatlarda: əlillərlə olan əmək münasibətlərinin dayandırılması, ləğvi üçün müxtəlif bəhanə və qanunsuz hərəkətlərdən istifadə halları daha da artıb. Halbuki, bu sahəni tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, AR-sı Konstitusiyası və Azərbaycan Respublikasının digər normativ aktları,dövlət siyasəti də nəzərdə tutur ki,əlil və sağlamlığı pozulmuş digərişçilərin normal işləməsi üçün idarə və təşkilatlarda müvafiq şərait, güzəşt və təminatlar yaradılsın. Əmək münasibətlərində olduqları müddətdə əlil olmaları və əmək fəaliyyətlırinin azalması da, işçilərlə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas və ya hüquq vermir. Belə ki: AR-n Əmək Məcəlləsinə əsasən: səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri və əlil olan şəxsləri işəgötürən onların razılığı ilə və tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlillər üçün: işə qəbul, işdə saxlanmaq,iş yerində müvafiq şərait, əmək haqqı, əmək məzuniyyəti, qısaldılmış iş vaxtı, kollektiv saziş və müqavilələrlə də bu şəxslər üçün bir çox güzəşt və təminatlar da nəzərdə tutulur. Eyni zamanda əlil olan işçilər üçün -ştatların 2.5 faizi həcmində kvota da nəzərdə tutulur. Əlil olan şəxslərə qarşı olan münasibətlərdə: qanunla bərabər, bu insanlara qarşı ədalətli və humanist olmaq, onları başa düşmək və ya anlamaq, əlilliklə bağlı əmək haqqlarında azalmaların olması, uzun və daimi müddətə olan ağrıları, müalicə və müayinələri, bahalı dərmanlar və bunlarla əlaqədar çətin həyat şəraitinin yaranmasını da anlamaq lazımdır. Əlillərin - əmək fəaliyyəti ilə məşğul olmaları üçün 2 əsas şərtin olması vacibdir. Əlillərin işləmək arzusu və Tibbi-sosial Ekspert Komissiyasının qərarları. Bu qərarlar işçilərin ağır, yüngül və ya oturaq işdə işləməsi ilə nəticələnə bilər. Yalnız Tibbi-sosial Ekspert komissiyasının əmək fəaliyyətinin 100 faiz itirilməsi ilə əlaqədar rəyi olduqda, həmin əlil işçi işləyə vı əmək fəaliyyəti ilə məşğul ola bilməz. Aylarla, illərlə ağır müalicə alan, tibbi - sosial ekspertiza komissiyası tərəfindən əlillik təyin edilən işçilərin əlilliyinə, onların ağır və çətin vəziyyətlırunə və ağrılarına hələ də şübhə ilə yanaşan, onları anlamaq istəməyən, idarə və təşkilatlarımız, müəssisəsılıtimiz və vəzifəli şəxslərimiz də az deyil. Qanunlarımızdan qorxmursunuz, heç olmasa Allahdan qorxun, heç kimin sağlamlığı və ya əlil olmaması sığorta olunmayıb. Bu insanları başa düşmək üçün əlil olmağa da ehtiyac yoxdur. Lakin, əlil olmasa da hər bir şəxsin fiziki fəaliyyəti və ya əmək qabiliyyətinin məhdudlaşması kimi halların və hadisələrin olması isə qaçılmazdır. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.online) Geri qayıt |