Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtda gimnaziyada yeni rüşvət modeli tətbiq olunur

Sumqayıtda gimnaziyada yeni rüşvət modeli tətbiq olunur


21-04-2014, 17:43
Sumqayıtda gimnaziyada yeni rüşvət modeli tətbiq olunur
Kiçik ranqlı məmurların nəzarətlərində olan qurumlarda heç də ürəkaçan olmayan əməllər törətməsinin dəfələrlə şahidi olmuşuq. Bizimxeber.az-ın elektorn ünvanına vətəndaşlar tərəfindən göndərilən şikayət məktublarından da aydın görünür ki, problemləri yaradan bu şəxslərə hələ də ciddi nəzarət yoxdur. Əks təqdirdə onlar bu əməllərinə son verərdilər.
Bizimxeber.az-a daha bir şikayət məktubu unvanlanıb. Belə ki, övladı Sumqayıt şəhər 2 saylı Təbiət Təmaüllü Gimnaziyada oxuyan valideyn yazır ki, Gimnaziyanın direktoru Nizami Əhmədova pul verməkdən artıq yorulub. Hələlik adının çəkilməsini istəməyən valideyn bilidirir ki, direktor Nizami Əhmədov açıq-aşkar valideynlərdən pul yığır. Üstəlik öz qanunsuz əməlini “qanuniləşdirmək” üçün valideynlərə öz əli ilə bir parça “pulu məktəbə öz istəyimlə verirəm” kimi bir kağız yazdırıb imzalatdırır.
Qəribə burasındadır ki, Giminaziya yeni təmirdən çıxsa da, bu pulların təmirə xərcləndiyini deyir. Üstəlik valideynlərə kompyuter və ləvazımatlar aldırır.
Bir sözlə, Sumqayıt şəhər 2 saylı Təbiət Təmaüllü Gimnaziyada Nizami müəllim pul qığır. Niyə yığır və bu pulu hara və kimə xərcləyir? Bu artıq araşdırma mövzusudur.

Geri qayıt