Əsas Səhifə > Güney Press > Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb?

Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb?


Dünən, 16:51
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb?
Bir müddət əvvəl Bakının Xətai rayonunda hücuma məruz qalan Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovla Kikboksinq Federasiyasının keçmiş I vitse-prezidenti Ramal Aslanovun barışdığı iddia edilir. İddialara görə, idmançılar arasında barışıq əldə olunub.

Qeyd edək ki, Fuad Zeynalov hücumun Ramal Aslanov tərəfindən sifariş verildiyini iddia edib. Ancaq məhkəmə Ramal Aslanovu təqsirli hesab etməyib və onu sərbəst buraxıb.

Modern.az iddialarla əlaqədar Fuad Zeynalovla əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, iddialar yalandır və heç bir barışıqdan söhbət gedə bilməz.

"İkincisi, barışıq oldu-olmadı, bu, heç nəyi dəyişmir. Bu məsələlərlə rəhbərlik özü məşğul olur. Mən bu məsələlərdə kənara çəkilmişəm, bütün hüquqi proseslərlə vəkilim məşğul olur. Barışıq üçün çox müraciətlər gəlir, amma artıq bu mənasız və əsassızdır", - Fuad Zeynalov qeyd edib.

DSX zabitinə hücum edən idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar, onlar barəsində həbs qərarı çıxarılıb.

Hadisə ilə bağlı Kikboksinq Federasiyasında iclas keçirilib. I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən azad edilib. Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub. Fuad Zeynalovun isə məşqçi fəaliyyətinə xitam verilib.

Geri qayıt