Əsas Səhifə > Güney Press > Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildiDünən, 15:39 |
“Bu gün saat 11-də qızım işdən azad olunmağı ilə bağlı əmri almağa və şəxsi əşyalarını götürmək üçün Mərkəzə gedəcək. Mərkəzin sahibi Azər müəllim qızıma bildirib ki, Mərkəzə yaxın gəlsən polis çağrılacaq və sən Mərkəzə buraxılmayacaqsan. Qızıma qarşı yeni təxribat hazırlanır. Mərkəzin ünvanı: Nərimanov rayonu Ağa Nemətulla küçəsi 37”. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qızının başına gələn xoşagəlməz bir hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edərək dəstək istəyib. Tribunainfo.az-a açıqlama verən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qızının işdən çıxarılması və işlədiyi Müasir Psixologiya Mərkəzi barədə gerçəkləri söyləyib. Onun sözlərinə görə, dünəndən adını çəkmirdim amma bütün əsəblərimi korladılar. Aidə Nəbiyeva mərkəzin rəhbəridir. Azər onun əmisidir. Vüsal Həsənov kosmetoloji sahədə çalışır. Bu şəxs lisenziyasız işlədiyinə görə, 20 min manatlıq cərimə də olunub. Bu şəxs etik normalara sığmayan tərbiyəsiz insandır. “Belə ki, Vüsal Həsənov Müasir Psixologiya Mərkəzinin qadın işçisini ən ağır söyüşlərlə təhqir edərək ona hədə qorxu gəlib. Təhqirlərə dözə bilməyən qadının halı pisləşib və 102 vasitəsilə polisə müraciət edərək kömək istəyib. Polis gəlincə kameradakı səslər silinib. Polis gəldikdə isə Vüsal Həsənovun kabinetində onunla görüşdükdən sonra xanıma da kiçik bir izahat yazdırıb qeyd etdi ki, Vüsalı birinci siz təhqir etmisiniz. Halbuki otaqda hadisə zamanı polis olmayıb. Axşam Mərkəzin rəhbəri Aida Sübhan (Nəbiyeva) və əmisi(deyəsən əsil sahib odur) Azər müəllim mənə zəng edib bildirdilər ki, sən demə 10 ildən uzun müddətdir ki, bu Mərkəzdə işləyən işçi qadın neçə ildir onlara zülüm edir, hədə-qorxu gəlir və onlar polisə yazdıqları izahatda da bunu bildiriblər. Və Vüsalı da təhqir edən xanım olub. Vüsal isə yalnız astaca deyib ki, “özünsən”. Xanım hətta əlində stəkan Vüsalın üstünə də“cumubmuş”. Bu hayasızlığın son həddi deyilmi xanım psixoloq? Bəs insaf, vicdan, Allah qorxusu? 10 ildən yuxarı bir yerdə işlədiyin, birlikdə TV verilişində iştirak etdiyin, həmişə təriflədiyin işçi birdən birə monstra çevrildi? Vüsalın və psixoloq xanımın sayəsində nazik papka ilə Mərkəzə gələn polisin papkası böyüdü ,”kağızlar” çoxaldı və axşam 70 yaşlı Azər kişi xanıma yazdı ki, “sabah işə gəlmə”. “Biz ( Vüsal, Aidə və ağsaqqal )Akt tərtib etmişik, Aktı polisə vermişik və bu AKT-a əsasən səni işdən azad edirik”. Akta qol çəkənlər isə həmin 70 yaşlı “ağsaqqal”, Aidə Sübhan, katibə və Vüsal Həsənov olub. Mərkəzdə başqa işçilər, ora xəstə uşaq gətirən valideyinlər yox idi ki? Bəs qanun? Əmək Məcəlləsi, qadına qarşı edilən zorakılıq, təhqir, hədə qorxu? İnsan necə həyasız olmalıdır ki, təhqirə, hədə- qorxuya məruz qalan qadının at kimi üzünə dirənsin. Düşünürəm ki, qadın hüquq müdafiəçiləri də, baş verən hadisəyə qarşı biganə qalmayacaq”. /Tribunainfo.az Geri qayıt |