Əsas Səhifə > Güney Press > Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır

Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır


Dünən, 15:32
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Salyan Rayonlararası Psixiatriya Xəstəxanası “Qubadoğlu” MMC (VÖEN – 1604035851) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, satınalma müqaviləsi tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Bildirilir ki, Psixiatriya Xəstəxanası “Qubadoğlu” MMC-dən ümumi dəyəri 502 min 655 manat 86 qəpik olan ərzaq məhsulları satın alacaq.
Məlumat üçün bildirək ki, “Qubadoğlu” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Məhərrəmv Vüsal Qubad oğludur.

Geri qayıt