Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövlət Sığorta Şirkətindən şok saxtakarlıq

Dövlət Sığorta Şirkətindən şok saxtakarlıq


21-04-2014, 16:53
Dövlət Sığorta Şirkətindən şok saxtakarlıq
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti sürücüləri aldadaraq onlardan sığorta pulu almasına baxmayaraq, qəza zamanı avtomobil sahiblərinə pul ödəməkdən imtina edir.
Avropa.info xəbər verir ki, bu ilin aprel ayının 11- də axşam saatlarında Bakı-Quba yolunun Şabran rayonu ərazisində İsmayılov Əzizağa İsmayıl oğluna məxsus 10 LA 782 dövlət nömrə nişanlı Kamaz yük maşını Şabran şəhər sakini Əliməmmədov Samir Xanbaba oğluna məxsus 10 TP 562 dövlət nömrə nişanlı "Mersedes" avtomobili vuraraq qəza törədib. Bundan sonra hadisə yerinə Şabran rayon DYP-nin əməkdaşları gələrək hadisə ilə bağlı akt tərtib ediblər. Tərtib edilən aktda həqiqətən də Kamaz markalı avtomobilin Mersedesi vuraraq qəza törətdiyi və "Mersedesi"in ciddi şəkildə əzildiyi qeyd olunub. Kamaz markalı avtomobilin sürücüsü Əzəzağa İsmayılov ona məxsus yük maşınının sığorta olunduğu Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə zəng edərək qəza törədilən yerə əməşdaşlar göndərilməsini xahiş edib. Lakin sığorta şirkəti hadisə yerinin uzaqlığını bəhanə edərək şirkətin Şabrandakı filialına müraciət etməyi tövsiyə ediblər. Dövlət Sığorta Şirkətinin Şabran filialının əməkdaşları da hadisəni olduğu kimi qeydə alıblar.
Lakin Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti hadisə nəticəsində avtomobili ciddi şəkildə əzilən "Mersedes" markalı avtomobilin sürücüsü Samir Əliməmmədova dəyən ziyanı ödəməkdən imtina edir. Belə ki, Şabran şəhər DYP-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin yerli filialının rəylərinə baxmayaraq Bakıdakı rəhbərlik qəza hadisəsinin "qondarma" olduğunu bildirir. Hətta bir neçə gün öncə Əhməd adlı eksperti avtomobili qəza nəticəsində yararsız hala düşən Samir Əliməmmədovun Şabran şəhərində yaşadığı evə gedərək, təhqiramiz şəkildə onları saxtakarlıqda ittiham edib. Bundan sonra Mersedes markalı avtomobilin sürücüsü Samir Əliməmmədov Dövlət Sığorta Şirkətinin Bakı şəhərindəki mərkəzi ofisinə şikayət etsə də heç bir nəticəsi olmayıb. Əksinə Dövlət Sığorta Şirkəti sürücülərlə yanaşı, Şabran rayon DYP-ni və hətta özünün rayondakı filialını da saxtakarlıqda ittiham edib. Beləliklə də, bütün faktlara baxmayaraq Dövlət Sığorta Şirkəti vətəndaşa dəyən ziyanı ödəməkdən imtina edir.

Geri qayıt