Əsas Səhifə > Güney Press > Ermənistan riskli addım atdı
Ermənistan riskli addım atdıDünən, 11:59 |
Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq haqqında saziş geniş müzakirə olunmaqdadır. Bir çox ekspert bu müqavilə fonunda Azərbaycan-ABŞ münasibətlərini müqayisə edir. ABŞ-la Azərbaycan arasında hərbi sazişlər varmı? Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq haqqında sənədin bənzəri Bakı və Vaşinqton arasında imzalanmayıb: “Azərbaycanla ABŞ arasında hərbi sahədə əməkdaşlıq var. Vaşinqton Bakının Xəzər donanmasının güclənməsi üçün dəstək olub. Bundan başqa, iki ölkə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq edir. Lakin geniş mənada hərbi müqavilələrimiz yoxdur”. Politoloq qeyd edib ki, Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə əsasən balans siyasəti yürüdür: “Bu siyasət isə ABŞ-la hərbi əməkdaşlığı genişləndirməkdən çox, neytral qalmağı zəruri edir. Digər tərəfdən, tərəf tutmaq, əməkdaşlıqları inkişaf etdirmək risk faktorları yaradır. Ermənistan bu riskin ağır nəticələrini gələcəkdə görəcək”. Geri qayıt |