Əsas Səhifə > Güney Press > Bu kəndlər Azərbaycana qaytarılır
Bu kəndlər Azərbaycana qaytarılırDünən, 10:46 |
ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistan konstitusiyasına düzəlişlərin ən qısa müddətdə həyata keçirilməsinə təminat verildikdən sonra Nikol Paşinyan hökuməti sərhədlərin delimitasiyası məsələsində də Azərbaycanın tələbini qəbul edib. Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib. Ötən ilin yayında Qazax-Tavuş istiqamətində həyata keçirilən demarkasiyaya diqqət çəkən deputat bildirib ki, prosesin bu yöndən başlaması Bakının tələbi olub. Abramyanın sözlərinə görə, bu istiqamətdə davam edəcək proses çərçivəsində Azərbaycanın anklav kəndləri – Sofulu, Barxudarlı və Yuxarı Əskipara da geri qaytarılacaq. “Ermənistan hakimiyyəti artıq Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin Azərbaycana məxsus olduğunu bəyan edib”. Xatırladaq ki, iki ölkənin sərhəd komissiyalarının dünən keçirilən növbəti iclasında tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq, Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İranla sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Geri qayıt |