Əsas Səhifə > Güney Press / Ana xəbər > Laçının icra məmuru azyaşlı uşaqları sərhəddən keçirirmiş
Laçının icra məmuru azyaşlı uşaqları sərhəddən keçirirmiş21-04-2014, 16:22 |
![]() Laçın Rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşovun ailə üzvləri də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilərək idarəyə aparılıb. Bu barədə “Axar.az”a kənd sakinləri məlumat veriblər. Bu gün səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Pənah Dadaşovdan sonra onun həyat yoldaşı və uşaqlarını da idarəyə aparıb. Əməkdaşımıza verilən məlumata görə, Pənah Dadaşov azyaşlı uşaqları sərhəddən qanunsuz keçirməkdə təqsirli bilinir. Laçın Rayon İcra hakimiyyətindən bildirilib ki, onlara bu həbslə bağlı heç bir rəsmi məlumat daxil olmayıb. Laçın Rayon Polis İdarəsindən isə faktı təsdiqləsələr də, əlavə məlumat vermədilər. Geri qayıt |