Əsas Səhifə > Güney Press > ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadırDünən, 20:52 |
Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişini Cənubi Qafqazda sülhə fayda verən tarixi addım adlandırıb. Zurabişvili Gürcüstanda yeni seçkilər keçirilən kimi rəsmi Tbilisinin də Vaşinqtonla strateji tərəfdaşlığı bərpa edəcəyini bildirib. Səlahiyyət müddəti başa çatan sabiq prezidentin açıqlaması hazırkı Gürcüstan hakimiyyətində birmənalı qarşılanmayıb. Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişin imzalanması regiondakı prosesləri aktivləşdirib: “Gürcüstanın sabiq prezidentinin bu sənədi tarixi hadisə kimi xarakterizə etməsi başadüşüləndir. Zurabişvili Qərbdən təlimat alan biridir. Əlbəttə, onların regional maraqları nəyi tələb edirsə, onu dəstəkləyəcək. Əvvəlki dövrlərdə də bunu qabarıq şəkildə büruzə verirdi. Əslində Salome Zurabişvilinin mövqeyi ABŞ-dakı bəzi dairələrin Cənubi Qafqaz ilə bağlı planlarına dair düşüncələrimizin doğruluğunu sübut edir. Bu qüvvələr regiondakı reallıqları dəyişmək istəyir. Gürcüstanla Ermənistan isə bu siyasətin başlıca icra edildiyi ölkələrdir”. “Bu gün Vaşinqtonun İrəvana verdiyi imtiyazlar vaxtilə Tbilisiyə də verilib. ABŞ bu yolla hər iki ölkəni yanına çəkərək regionda mövqeyini gücləndirmək istəyir”, – politoloq bildirib. Geri qayıt |