Əsas Səhifə > Güney Press > "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildiBu gün, 15:49 |
"Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin Culfa rayonu ərazisində yerləşən Yaycı-2 nasos stansiyasından Dizə kəndinə çəkilmiş təzyiqli boru xəttinin əsaslı təmiri ilə əlaqədar tender ləğv edilib. Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı nəzarət orqanı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib. Tenderin ümumi dəyəri 768 918 AZN olub. Geri qayıt |