Əsas Səhifə > Güney Press > Bəzi yerlərdə arabir duman olacaq
Bəzi yerlərdə arabir duman olacaq16-01-2025, 12:42 |
![]() Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə "DİA-AZ"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6В° isti, gündüz 6-9В° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5В° isti, gündüz 6-11В° isti, dağlarda gecə 5-10В° şaxta, gündüz 2В° şaxtadan 3В°-dək isti olacaq. Geri qayıt |