Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlılar Ukraynada tağım yaratdı

Azərbaycanlılar Ukraynada tağım yaratdı


21-04-2014, 15:38
Azərbaycanlılar Ukraynada tağım yaratdı
Ukraynada yaşanan son olaylardan dolayı bu ölkədə yaşayan azərbaycanlılar da hərəkətlənməyə başlayıblar. JAM.AZ Ukrayna mətbuatına istinadən xəbər verir ki, artıq bu ölkənin vətəndaşı olan soydaşlarımız silaha sarılmaq qərarını veriblər.

Həmin məlumatda deyilir ki, rusların aktiv olduğu bölgələrdə separatçılara qarşı mübarizə aparmaq üçün tağım yaradan soydaşlarımız, dövlətin onlara silahla təmin etməsini gözləyirlər. Belə ki, onlar Kiyev hökumətinə müraciət edərək, onlarda silah və sursatla təmin olunmalarını istəyirlər.

Qeyd edilir ki, həmyerlilərimizin bəziləri Əfqanıstanda döyüşmüş şəxslərdir. Aralarında Ukrayna ordusunun xüsusi təyinatlılarında qulluq edənlər də var. Rəsmi Kiyevin onlara hansı cavab verəcəyi isə məlum deyil.

Geri qayıt