Əsas Səhifə > Güney Press > “Tərtər işi”nə görə həbs edilən generalın işi
“Tərtər işi”nə görə həbs edilən generalın işiBu gün, 16:48 |
“Tərtər işi”nə görə həbs edilən general-mayor Bəkir Orucov Ali Məhkəməyə üz tutub. Sonuncu iki proses baş tutmayıb. Məhkəmə 5 ay sonraya təxirə salınıb. Musavat.com xəbər verir ki, general barəsində çıxarılmış hökmdən narazıdır. Generalla yanaşı digər təqsirləndirilən şəxslər- İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidov da barələrində çıxarılmış hökmdən kassasiya şikayət veriblər. İşə Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılacaq. Məhkəmənin baxış iclası 5 ay sonraya- may ayının 1-nə təyin edilib. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə B.Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ.Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər. Onlar apelyasiya şikayətindən sonra cəzalarının azaldılmasına nail olublar. Generalın cəzası 9 il 6 aydan 6 il 6 aya endirilib. Ziya Kazımov, İntiqam Məmmədov, Rahib Məmmədov və Ülvi Rəşidovun cəzası isə 4 ay azaldılıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |