Əsas Səhifə > Güney Press > Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilərBu gün, 15:32 |
“Vladimir Solovyovla Axşam" verilişinə qarşı oxşar qərardan sonra Ermənistanda Dmitri Kiselyovla "Vesti nedeli" ("Həftənin xəbərləri") verilişi də bloklana bilər. “Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan parlamentdə jurnalistlərə bildirib. Bağlanmanın mümkünlüyü ilə bağlı suala nazir "Bəli, birmənalı" cavabını verib. Xatırladaq ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirə Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində səsləndirilən bəyanatlarla bağlı etiraz notası təqdim edilib. Geri qayıt |