Əsas Səhifə > Güney Press > Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı:
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı:Dünən, 11:57 |
Milli Məclisin sabiq deputatı Vahid Əhmədov səhhətində yaranan hansısa problemlə bağlı əməliyyat olunmadığını bildirib. Hazırda xaricdəyəm, səhhətim də normaldır. Bunu Teleqraf.com-a iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov deyib. “Heç bir əməliyyat keçirməmişəm. Hər şey normaldır”, - deyə əlavə edib. Qeyd edək ki, 2 aprel 1947-ci ildə Qubada anadan olan Vahid Əhmədov 1992-1994-cü illərdə baş nazirin birinci müavini, Milli Məclisin III, IV, V və VI çağırış deputatı olub. Geri qayıt |