Əsas Səhifə > Güney Press > "Bir çox insanlar QHT-lərin fəaliyyətini düzgün bilmədiklərindən..."
"Bir çox insanlar QHT-lərin fəaliyyətini düzgün bilmədiklərindən..."Dünən, 08:32 |
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının- hüquqşünası kimi fəaliyyət göstərdiyim dövr ərzində belə nəticəyə gəlmişəm ki, bir çox insanlarda QHT təşkilatları haqqında, QHT-n vəzifə və fəaliyyətləri haqqında yanlış mövqe yaranıb, xüsusən də işçi və ya işçilərin əmək hüquqlarının müdafiəsi ilə əlaqədar. Bir çox insanlar QHT-rin fəaliyyətini düzgün bilmədiklərindən, bəzi hallarda QHT-i, hətta dövlət orqanları ilə belə müqayisə edirlər. Bu əsaslardan QHT-rin fəaliyyəti haqqında bəzi fikirlərimi bildirmək istəyirəm: 1. Hər bir QHT öz fəaliyyətində: Azərbaycan Respublikası Konstitusiyası, Qeyri-Hökumət Təşkilatları haqqında Qanunu və digər digər qanunvericilik aktlarını, eyni zamanda öz Nizamnaməsini əsas tutmalıdır. 2. Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər. 3.QHT-təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünü idarəedən, öz fəaliyyətinin əsas məqsədi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. 4.QHT-lər, Dövlət Əmək Müfəttişliyi Xidməti, Prokurorluq və ya Məhkəmədən fərqli olaraq yerinə yetirilməsi məcburi olan və ya dövlət adından qərar və ya göstərişlər qəbul etmir, belə bir səlahiyyətləri də yoxdur. 5. QHT-lər, Həmkarlar İttifaqı Təşkilatı kimi ictimai təşkilatlardan fərqli olaraq işçilərdən yığılan üzvlük haqqı və işəgötürənin yardımı hesabına fəaliyyət göstərmir. 6. QHT-lərdə işləyən şəxslərin əksəriyyəti öz fəaliyyətlırini ictimai əsaslar və ya könüllülük prinsipi ilə yerinə yetirir. 7. QHT-lərin əsas vəzifələri, onlara müraciət edən şəxslərə, bizim sahədə isə daha çox: işçilərə hüquqi yardımlar göstərmək, onların problemlərini aidiyyəti üzrə qurumlara və ya vəzifəli şəxslərə çatdırmaq, işçi ilə əlaqədar problemləri ictimailəşdirmək və ya hüquqi məsləhətlər vermək, ərizə və digər müraciət və şikayətlərin tərtib olunmasında, dövlət orqanlarına, mediasiya və ya məhkəməyə müraciət etmək sahəsində hüquqi yardım göstərməkdir. 8. Fikrimcə, fəaliyyətlıti ilə əlaqədar olaraq hər bir QHT, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi kimi-İLDƏ ƏN AZI BİR DƏFƏ BU BARƏDƏ HESABAT VERMƏLİDİR. 9. Hər bir şəxs və ya işçi bilməlidir ki, QHT-r, - müraciət edən şəxslər HAQLI Olsalar belə, hüquqları açıq aşkar pozulsa belə, QHT-lərin onların hüquqlarının BƏRPASI İLƏ əlaqədar MÜSTƏQİL qərar qəbul etmək və ya məcburi göstəriş vermək səlahiyyətlıri yoxdur. Bu işçi barədə ədalətli və ya qanuni qərarların qəbul edilməməsi, həmin QHT-lərin yaxşı və ya pis işləməsini sübut etmir, bu məsuliyyətlər bu qərarları qəbul edən dövlət, məhkəmə və ya digər orqanların üzərinə düşür. QHT-n işi bu işçiyə kömək, hüquqi yardım göstərməkdir. 10. Praktikada az da olsa belə hallara və ya insanlara rast gəlirik. Mən də, təşkilatımız da uzun müddət işçiyə kömək edir, ona hüquqi yardım göstəririk. Hər hansı bir məmurun çıxardığı ədalətsiz və ya qanunsuz qərara görə işçi bu məmuru deyil, ona kömək edən şəxsləri günahlandırmağa çalışır. 11. Hər bir işçi çalışmalıdır ki, QHT-lərə və ya onun üzvlərinə müraciıt etdiyi zaman imkan daxilində iş vaxtı ərzində müraciət etsin. Nə gizlədim mənə dı axşam saat 22.00 - 24.00 da müraciət edib, sual verənlər olur. Nəzərə almaq lazımdır ki, QHT təşkilatlarda işləyən şəxslərin də dincəlmək, istirahət etmək və ya şəxsi işləri ilə məşğul olmaq hüququ da var. 12. QHT-lərə, o cümlədən dövlət orqanlarına müraciət edərkən çalışmaq lazımdır ki, Ərizə qısa, konkret, eyni zamanda aidiyyəti üzrə mübahisə predmeti üzrə olsun. Bu formada ərizənin yazılması problemin və işçilərin əmək hüququnun bərpa olunma prosesini asan edər. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.online) Geri qayıt |