Əsas Səhifə > Güney Press > "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə

"Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə


Dünən, 12:44
"Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə
"İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedi Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

"7 yanvar tarixində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan-İran münasibətlərində yaşanan çətinliklərə toxundu. Cənab Prezident İranın bəzi dini liderlərinin Azərbaycan və Türkiyə prezidentlərini, həm də xalqlarımızı təhqir etmələrinin təəssüf doğurduğunu deyərək bildirdi ki, həmin mollalar cəzalandırılmalıdır və Azərbaycandan üzr istəməlidirlər. İran mollaları isə buna da özlərinə yaraşırcasına, öz üslüblarında cavab verməyi üstün bildilər. Hər şeydən əvvəl mollaların bir dövlətin xarici siyasətində bu qədər söz sahibi olmaları həmin dövlətin beynəlxalq imicinə zərbədir. Hər kəsə məlumdur ki, İran qlobal siyasətdə heç də sevilən və dəstək görən dövlət deyil, siyasi imicini müsbətə doğru dəyişmək əvəzinə daha da kobdlaşmaqdan çəkinməyən bu dövlətin rəsmilləri artıq məsulliyyətlərini dərk edib, mollaların təhqiramiz ifadələrinə görə üzr istəməlidirlər. Çünki bilirik ki, İranda siyasi məsələlərə Ali dini lider və digər dövlət qurumları tərəfindən ciddi nəzarət olunur. Buna görə də nə Ərdəbil, nə də Qəzvin şəhərinin mollaları özbaşına siyasi məsələlərə qoşulub, ölkələrimizə qarşı təhqiramiz ifadələr işlətmirlər. Həmçinin bu bəyanatlar İran hakimiyyətinə başucalığı gətirmir. Əksinə, Azərbaycanla ikitərəfli münasibətlərə zərbə vurur. Rəsmi Tehran bunu nəzərə almalı və İran mollalarının ölkənin xarici siyasətinə müdaxiləsinin qarşısını almalıdır. İran hakimiyyəti tezliklə mollaların “siyasətşünaslığına” rəvac verməməli, əksinə, onların ən qısa zamanda Azərbaycan xalqından üzr istəməsini təmin etməlidir. Əks halda perspektivdə münasibətlərin pisləşməsinə məsuliyyəti məhz rəsmi Tehran daşıyacaq", — deputat bildirib.

Geri qayıt