Əsas Səhifə > Güney Press > Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı"
Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı"Bu gün, 10:32 |
Serbiya Moskva ilə silah tədarükü müqavilələrini ləğv edib. Bu qərar beynəlxalq sanksiyaların Rusiyaya təzyiqi artırması və Belqradın alternativ hərbi texnika axtarmağa başlaması ilə bağlı qəbul edilib. Publika.az xəbər verir ki, bu barədə Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç açıqlama verib. "Hazırda Rusiyadan silah tədarükü praktiki olaraq mümkün deyil. Biz diplomatik yollarla yeni vəziyyətdən çıxmağa çalışırıq", - deyə o, bildirib. Müqavilələrin bəziləri ləğv edilməklə yanaşı digərləri də beynəlxalq münasibətlər normallaşana qədər təxirə salınıb. Belqrad hazırda İsrail, Çin və Qərb ölkələrindən hərbi texnikanın alınmasına diqqət yetirir. Serbiya Fransadan 12 “Rafale” qırıcı təyyarəsinin alınması kimi böyük müqavilələr imzalasa da, İsraillə hərbi əməkdaşlığı da inkişaf etdirir. Ölkə hərbi neytrallıq siyasətini davam etdirməklə yanaşı, həm də Avropa İttifaqına daxil olmaq üçün səylərini sürətləndirir. Bu səylər Belqradın Qərblə hərbi əlaqələrini dərinləşdirməyə və Rusiyadan uzaqlaşmasına səbəb olur. Geri qayıt |