Əsas Səhifə > Güney Press > ABŞ-dan “kürd planı” açıqlaması:
ABŞ-dan “kürd planı” açıqlaması:Bu gün, 11:55 |
“Vaşinqton Suriyanın şimalındakı Kobani rayonunda yeni hərbi baza yaratmır və kürd birləşmələri ilə birgə patrul aparmağı da planlaşdırmır”. Globalinfo.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Sabrina Sinqx deyib. O, həmçinin ABŞ və Fransa hərbçilərinin Suriyanın şimalında yerləşdiriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib: “Mən ABŞ, Fransa və kürd qüvvələrinin birgə patrul həyata keçirməsi ilə bağlı məsələdən xəbərdar deyiləm. Bu barədə heç bir məlumatım yoxdur”. Sinqx ABŞ-ın Suriyadakı qüvvələrinin sayını dəyişməyi planlaşdırmadığını söyləyib. Geri qayıt |