Əsas Səhifə > Güney Press > İrəvan ATƏT-ə müraciət edəcək
İrəvan ATƏT-ə müraciət edəcəkBu gün, 11:53 |
Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir. Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. “Bir sıra KİV-lərin suallarına cavab olaraq bildirmək istəyirəm ki, Ermənistan Respublikası Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir”, - ölkə rəsmisi deyib. Baqdasaryan əlavə edib ki, Ermənistan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu sülh müqaviləsini imzalamaqla bir daha təsdiqləməyə hazırdır. Sözçü Baş nazir Nikol Paşinyanın dekabrın 19-da “Armenpress”ə müsahibəsində Minsk qrupunun buraxılması ilə bağlı səsləndirdiyi bu fikrə də diqqət çəkib: “Biz bu mövqeyi başa düşürük ki, əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın mövcudluğuna nə ehtiyac var?” Xatırladaq ki, ATƏT-in Minsk qrupunun buraxılması tələbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Geri qayıt |