Əsas Səhifə > Güney Press > “Bakı” qəzetinin yaradılmasından 67 il ötür

“Bakı” qəzetinin yaradılmasından 67 il ötür


Bu gün, 09:46
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür
Bir nəfərdə o vaxt təpər tapılmadı ki, soruşsun: balam, əhalisi
əksəriyyət təşkil edən xalqın ana dilində çıxan qəzetinin günahı nədir?
– bu sualı heç vaxt, heç kəsə verən olmadı.
“Yeni yol” qəzeti gözlənilmədən bağlandı. “Vışka” qəzeti Mərkəzi
Komitənin orqanı kimi fəaliyyətini davam etdirdi. Bir nəfərdə o vaxt təpər
tapılmadı ki, soruşsun: balam, əhalisi əksəriyyət təşkil edən xalqın
ana dilində çıxan qəzetinin günahı nədir? – bu sualı heç vaxt, heç
kəsə verən olmadı. Lakin mən qəzetdən uzaqlaşdıqdan sonra, uzun
müddət müxtəlif yerlərdə çalışmağımdan asılı olmayaraq bu suala cavab
axtarırdım. Nəhayət, bir gün topladığım faktlardan, gəldiyim qənaətlərdən
sonra bir məktub hazırladım. O vaxt Mərkəzi Komitənin birinci katibi
Mircəfər Bağırov idi. Mənim məktubumu yuxarılara çatdırırlar. Baxılıb qərar
çıxarıldı. Onda belə idi ki, bizim Mərkəzi Komitənin hər hansı bir qərarı
mütləq Moskvaya göndərilməli idi. Belə də oldu. Sov.İKP-dən xahiş
olunurdu ki, Azərbaycanın paytaxtı Bakı şəhərində qəzet çıxarılmağa icazə
verilsin.
Aradan xeyli keçmiş məni Mərkəzi Komitəyə çağırdılar. O zaman
Mərkəzi Komitənin katibi Şıxəli Qurbanov idi. Şıxəli Qurbanov stolunun
gözündən bir qərar çıxarıb göstərdi və dedi:
– Moskva yeni qəzet çıxarmaq barədəki qərarımızı təsdiqləyib.
İstəyirəm işin ilk təşəbbüskarı olduğum üçün məsuliyyəti də, sənin üzərinə
qoyaq, universitetdəki dərslərini demək şərti ilə...
Qəzet əvvəlcə kiçik formatda fəaliyyətə başladı. Sonradan oxucu
marağını nəzərə alıb həcmini genişləndirdik, eyni zamanda rus oxucularını
da nəzərə alıb “Baku” qəzetinin də paralel nəşrinə başladıq. Bakı Şəhər
Sovetinin yeni orqanı olan “Bakı” və “Baku” axşam qəzetlərinin təməli belə
qoyuldu...

Nəsir İmanquliyev
"DİA-AZ"

Qeyd: Bu gün “Bakı” qəzeti Bakı Şəhər İcra hakimiyyətinin dəstəyi ilə
dövrün tələbinə uyğun olaraq Baki-Baku.az adı ilə onlayn formatda
fəaliyyətini davam etdirir. Məqsədimiz, şəhərimizin ictimai, mədəni və sosial
həyatını əhatə edərək, Bakıya dair dolğun məlumat mənbəyi olmaqdır.

Geri qayıt