Əsas Səhifə > Güney Press > Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz

Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz


Dünən, 17:12
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz
“Paşinyan yazır ki, Qərbi Azərbaycan Qazaxdır, Tovuzdur, Gədəbəydir, Kəlbəcərdir, Qubadlıdır, Zəngilandır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Hasmik Babacanyan qeyd edib.

O bildirib ki, Paşinyanın ritorikası kəskin dəyişib:

“Xatırladım ki, Paşinyan “Qarabağ Ermənistandır” demişdi. İndi isə deyir, Zəngilan, Qubadlı, Kəlbəcər Qərbi Azərbaycandır. Belə olan halda vətəndaşlar ondan soruşurlar: övladlarımızı niyə Qərbi Azərbaycanda (Zəngilan, Qubadlı, Kəlbəcər nəzərdə tutulur – red.) qırğına veridiniz. Əgər ora Azərbaycan ərazisi idisə, 2020 müharibəsində əsgərlərimizin orada nə işi var idi?”, – H.Babacanyan yazıb.

Ekspert qeyd edib ki, artıq insanlar dərin yuxudan oyanır və bu amansız sualı verirlər: “Ermənistan Ermənistandırmı? Yoxsa o da bitdi?”

Geri qayıt