Əsas Səhifə > Güney Press > Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin

Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin


Dünən, 16:47
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin
Bizim siyahıda 600-ə qədər xəstə böyrək transplantasiyası əməliyyatı gözləyir.

Bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, 4000 dializ xəstəsi donor tapılacağına ümid etmədikləri üçün siyahıya düşməyə görə müraciət etməyiblər.

Mərkəz direktoru qeyd edib ki, xaricdən ölkəyə sadəcə buynuz qişa toxumaları gətirilir: “Xaricdən donor orqanlar gətirə bilmək üçün biz də onlara donor orqanlar verməliyik. Amma bizdə bu yoxdur. Çünki dediyim kimi, bunun üçün gərək biz də onlara donor orqanlar verək. Diqqətə çatdırım ki, “Eurotransplant” qrupuna daxil olan Avropa ölkələri bir-birlərinə donor orqanlar verir”.

Mərkəz direktoru 7-8 oktyabr 2024-cü il tarixlərində Şuşada “Türk Transplant” informasiya sisteminə dair niyyət protokolunun imzalandığını xatırladıb: “Bu sistemə daxil olan 5 Türk dövləti - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan bir-birlərinə donor orqanlar verib-ala biləcək”.

Mərkəz sədri əlavə edib ki, Azərbaycan qanunvericiliyə əsasən, meyitdən götürülən donor orqanlar əvvəl ölkə vətəndaşlar üçün yoxlanılır, əgər həmin orqan heç bir xəstəyə uyğun deyilsə, xarici ölkəyə verilə bilər.



Geri qayıt