Əsas Səhifə > Güney Press > Paşinyan Putinlə vidalaşır
Paşinyan Putinlə vidalaşırDünən, 16:05 |
Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin Avropa İttifaqına üzvlüyü prosesini başlatması Rusiya ilə vidalaşma kimi dəyərləndirilir. Artıq Moskvadan buna reaksiyalar var. Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, İrəvanın bu addımını Avrasiya İqtisadi İttifaqdan (Aİİ) çıxması kimi qiymətləndirilir. Rusiyanın sözügedən prosesə reaksiyası necə olacaq? Mane olmaq üçün üçün Ermənistanda etirazlar təşkil etmək potensialına malikdirmi? Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, son iki-üç ildə Ermənistanda Nikol Paşinyanı istefaya göndərmək və ya hakimiyyətini devirmək cəhdləri olub, lakin nəticəsiz qalıb: “Rusiya bu proseslərin arxasında olan əsas gücdür. İnanmıram ki, yaxın zamanda Kreml Paşinyanı devirməyə yenə cəhd etsin. Moskva gözləmə mövqeyindədir. Prosesləri izləyir, analiz edir. Əlində birdən çox təzyiq vasitəsi var, amma istifadəyə tələsmir. Ən yaxşı halda Rusiya Ermənistana strateji məhsulların ixracı, ya da idxalı kimi məsələlərdə təzyiq edə bilər. O ki qaldı Trampın hakimiyyətə gəlməsinə, mən münasibətlərdə kəskin dəyişiklik olacağını düşünmürəm. ABŞ-la Ermənistan arasında əlaqələr pisləşməyəcək. Trampı Ermənistanın Aİ-yə üzvlüyü, ya da inteqrasiyası maraqlandırmayacaq. Paşinyan düşünməlidir ki, onun qərbyönlü siyasətin nəticəsi necə olacaq”. Geri qayıt |