Əsas Səhifə > Güney Press > Əhəd Abıyevin yeni işi məlum oldu
Əhəd Abıyevin yeni işi məlum olduBu gün, 12:33 |
Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev yenidən aktiv idmana qayıtdığını bildirib. Bu barədə Teleqraf.com-a keçmiş icra başçısı Əhəd Abıyevin özü məlumat verib. “Hazırda elə trenajordayam, aktiv idmana qayıtmışam, hər şey qaydasındadır”, - deyə o əlavə edib. Əhəd Abıyev xəstəliyi ilə bağlı yayılan iddialara da aydınlıq gətirib: “Yalan söhbətdir. Sağlam adamam, idmanımda, işimdə-gücümdəyəm”. Qeyd edək ki, 15 yanvar 1958-ci ildən Masallı rayonunda anadan olan Əhəd Abıyev Milli Məclisi I, II və III çağırış deputatı, 2011–2023-cü illərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olub. Geri qayıt |