Əsas Səhifə > Güney Press > Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib

Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib


Bu gün, 11:38
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib
Hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan Ermənistanın parlament deputatı Hayk Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilən partiya iclasında mübahisə ediblər.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Münaqişənin səbəbi H.Sarkisyanın regionda qanunsuz meşə qırımı ilə bağlı bəyanatı olub. Deputat qubernatoru Tavuşda ekoloji vəziyyəti gərginləşdirməkdə ittiham edib. Mübahisə davaya çevrilib. Münaqişəni izləyən baş nazir iclası tərk edib.

Səhiyyə naziri Anahit Avanesyan münaqişəyə müdaxilə edərək iştirakçıları sakitləşdirməyə çalışıb, lakin nəşrin bildirdiyinə görə, gərginlik artmaqda davam edib.

Geri qayıt