Əsas Səhifə > Güney Press / Ana xəbər > İsgəndər Həmidov Ramil Usubova müraciət etdi

İsgəndər Həmidov Ramil Usubova müraciət etdi


19-04-2014, 10:43
İsgəndər Həmidov Ramil Usubova müraciət etdi
Etatist.com-a bu barədə məlumatı İsgəndər Həmidov özü verib.

"Mən avtomobili Azadlıq prospektində, "Dostluq" kinoteatrının yanında saxlamışdım. Çıxanda gördüm ki, kimsə protokol yazıb ki, guya mən yol hərəkəti qanununu pozmuşam. Halbuki həmin yerdə azı 20 taksi dayanıb. Protokolu tərtib edən şəxs də nə rütbəsini, nə ünvan, nə də telefon nömrəsi qoymayıb. Təkcə yazılıb ki, "protokolu tərtib etdi: Nəcəfov Orxan Sahib". Mən burdan Ramil Usubova, Ramiz Zeynalova, Baş Prokurorluğa ki, yoxlasınlar bu adam kimdir. Araşdırılsın ki, mən hansı qaydanı pozmuşam. Əgər qəsdlə "ilişirlərsə" heç maşın sürməyək. Bu nə polis işçisidir ki, protokol da tərtib edə bilmir"- deyə İsgəndər Həmidov bildirib.

Əlavə edək ki, qeyd olunan ərazidə çox sayda avtomobil saxlanılır və "saxlamaq qadağandır" nişanı yoxdur.

Geri qayıt