Əsas Səhifə > Güney Press > Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşırDünən, 15:04 |
Ermənistanın Avropa İttifaqına daxil olması onun suveren hüququdur, lakin iki müxtəlif təşkilatın üzvü olmaq mümkün deyil. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləməsinə münasibət bildirərkən deyib. "Bu Aİ-yə üzvlük nə deməkdir? Bunu indidən söyləmək çətindir, çünki əlbəttə ki, iki fərqli təşkilatın üzvü olmaq, hipotetik desək, mümkün deyil. Əlbəttə, bu, Ermənistanın suveren hüququdur. Biz bilirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlük faydalıdır", deyə Kremlin rəsmi nümayəndəsi Moskvanın mövqeyini açıqlayıb. Kreml sözçüsü əlavə edib ki, Avropa İttifaqı birliyə üzvlük proseslərinə müstəqil şəkildə təşəbbüs göstərir, ona görə də Ermənistanın Aİ-yə daxil olmaq təşəbbüsünə Brüsselin reaksiyasını gözləmək lazımdır. "Biz bilirik ki, üzvlük proseslərinin təşəbbüskarı Avropa İttifaqıdır. Burada Avropa İttifaqının bu məsələdə hansı mövqedə olduğunu anlamaq lazımdır", - deyə Kreml nümayəndəsi qeyd edib. Peskov uzun illərdir ki, Aİ-yə üzvlük istiqamətində oriyentasiyasını qoruyub saxlayan, lakin “Brüsseldən çox da qarşılıqlı münasibətlə qarşılaşmayan” Türkiyənin taleyini də xatırladıb. Qeyd edək ki, Ermənistan hökuməti bu gün ölkənin Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Geri qayıt |