Əsas Səhifə > Güney Press / Ana xəbər > Yəhudi agenti Adnan Oktar və onun gizli missiyası
Yəhudi agenti Adnan Oktar və onun gizli missiyası18-04-2014, 18:50 |
|
Türkiyənin “A9” kanalının aparıcısı və yəhudi masonu Harun Yəhya, Adnan Gerez, Adnan Oktar və daha bilinməyən müxtəlif adları olan şəxsin Azərbaycanla da əlaqələrinin olduğu bildirilir. Mətbuatda yayılan xəbərlərə görə, Azərbaycana Adnan Oktarın fəaliyyət qolları hələ bir neçə il əvvəldən uzanıb. Uzun illərdir onun kitabları ali təhsil ocaqlarımızda gənclər arasında pulsuz paylanılır. Kitabları paylayanlar isə Adnan Oktarın özünün dediyi kimi yaraşıqlı gənclərdir. Bu yaraşıqlı gənclər həm oğlanlardan, həm də qızlardan ibarətdir. Onların başında duranlar Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Aysel Canan Vəlizadə, Sevinc Haqverdizadə, Ləman Piriyeva, Vəfa Məhəmməd, Zaur Rza, Tural Vəliyev, Couli Aziz, Hüseyn Məmmədov, "Düşünən İnsan" jurnalının işçilərindən olan Ramil Rüstəmov və jurnalın korrektoru Vəfa Vildan Kərimzadənin durduğu bildirilir. Bu şəxslər hamısı "A9 Azərbaycan" televiziyasının verilişlərinin aparıcıları, iştirakçıları və hazırlanmasına yaxından iştirak edənlərdir. Son günlərdə Adnan Oktar camaatının keçmiş üzvləri onunla bağlı Azərbaycan mətbuatına məlumatlar ötürürlər. Hafta.az-a Adnan Oktarla bağlı daxil olan məlumatda bildirilir ki, psixi cəhətdən anormal kimi tanınan Adnan, əslində düşünülmüş siyasətin baş aparıcısıdır: “Harun Yəhya ləqəbi ilə kitablar yazan Adnanın bir çox mənbələrdə mason olduğu bildirilir. Lakin məlum olduğu kimi, masonlar haqqında məlumatlar kənara sızdırılmır. Bu fakt isə onun mason olduğunu təsdiqləmir. Sadəcə, Adnan masonların (daha doğrusu dünyanın yəhudi güclərinin) ən gözəl alətidir. Hansı ki, öz huriləri ilə məşhur olan Adnan, ətrafına gənc qızları yığıb və onlara təsirli sözlər deməklə, İslamı gözdən salmaqla məşğuldur. Adnanın verilişinin yayımlanmasından sonra məşhurlaşan “A9” televiziyası mason layihəsidir. Kanalın əsas məqsədi hər gün axşam saatlarında yayımlanan "Adnan Oktar ilə söhbətlər" adlı proqramın və orada danışılanların təbliğidir”. ![]() Mənbə bildirir ki, Adnan Oktar dolayısı ilə Fətullah Gülən missiyasının bir parçasıdır: “Necə ki, Fətullah Gülənin 1999-cu ildə ABŞ-a daxil olarkən aldığı viza müqabilində İslam dininin təhrif edilməsinə söz veribsə (bu faktlar türkiyəli araşdırmaçı Ferhad Tezcan tərəfindən ifşa edilib), Adnan Oktar da təxminən eyni missiyanın digər və daha təhlükəli hissəsini yerinə yetirir. Belə ki, onun verilişdə qızların vücudunu təriflədikdən sonra İslamda ən çox işlənilən “maşallah”, “insallah” sözlərinin işlətməsi təsadüfi deyil. Bu yolla İslam gözdən salınıb, seks adiləşdirilir, illərcə formalaşan Şərq mədəniyyəti cəmiyyətdə aşağılanır. Həm atasının, həm də anasının yəhudi olduğu Adnan Oktarın dini təhsili yoxdur. Eyni zamanda, onun dindən bəhs edən kitabları da insanlara pulsuz olaraq paylanılır. Bu isə onu göstərir ki, yəhudilər tərəfindən Adnan Oktar çox güclü maliyyələşir”. Mənbə bildirir ki, onun qızları ətrafına yığaraq veriliş aparması və toplu halda onlarla cinsi əlaqədə olması isə İslamı gözdən salmaq üçün atılan addımdır: “Adnan qızlarla toplu halda cinsi əlaqədə olması ilə bağlı xəbərləri qəsdən yaydırır. Hətta onlar bildirirlər ki, məlum məqsədlər üçün Adnanın iri yataqları olduğu xüsusi vurğulanır. Bu yolla o dünya cəmiyyətində İslamın çoxarvadlılıq məsələsini qabartmaq və gözdən salmaqdan ibarətdir”. Adnan Oktar camaatının qəribə adətləri Adnan Gerez, Adnan Oktar, Harun Yəhya, Cavid Yalçın adları ilə tanınan bu adamın atası Həbib Gerezdir. Həbib Gerez rəssam, sair və hahamdır. Həbib Gerez qədim bir ərəb yəhudisidir. Adnan Oktarın anası isə Sami Günzbergindir. Sami Günzberg bir alman yəhudisidir və Osmanlı sarayında diş həkimi işləyib. Adnan camaatı arasından “bacılar” adlanan xanımlarla cinsi əlaqəyə girilmir. Adnan tərəfindən “cariyə” adı verilən qızlar isə həm camaat arasında imamlar adlanan şəxslər, həm də Adnanın özü tərəfindən cinsi istismara məruz edilir. Qadın imamlar "bacılar" adlandırılır və 4 ayrı evdə qalırlar. Onlar ailələrindən ayrılaraq şəbəkəyə qatılan qadın müridlərə nəzarət edirlər. “Bacılar” eyni zamanda, Oktarın kitab yazma işlərində də yaxından iştirak edirlər. Təşkilat daxilində “bacılar”la hər hansı cinsi əlaqəyə girmək qadağandır, amma bu, Hocaya aid deyil. Bacılar qrupu Alev Ulaşdoğlu, Meltem Arıkan, Hatice Tijen Öztemir və Arzu Leman Öztemirdən ibarətdir. Müridlər tərəfindən tapılan qızlar "Cariyələr" adlandırılır. Adnan Oktar və imamlarla cinsi əlaqədə olurlar. Müridlər və imamların cariyələrlə cinsi əlaqəyə girdikləri zamanı hökmən bir mürid şahid olmalıdır. Amma Oktarın eşq gecələri üçün belə bir zərurət yoxdur. Oktar polisə ifadəsində, "mənim dini anlayışıma görə qadın və kişi arasında kəbin yoxdursa, kişi qadınla normal əlaqədə ola bilməz. Olarsa, zina sayılar. Buna görə də müridlərim cariyələrlə anal və ya oral cinsi əlaqəyə girə bilərlər, əksinə hərəkət edəni cəzalandıraram. Kamal Gül adlı imamlarımdan biri cariyə ilə normal əlaqəyə girdiyi üçün onunla cəza olaraq 2 il görüşmədim”, - deyə bildirib. Xatırladaq ki, Adnan Oktar heç bir dini təhsil almayıb. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, din haqqında xeyli kitablar yazıb. Onun ilk kitablarında İslam təbliğ edilsə də, sonradan bunun əksi müşahidə olunub. Adamın əlinin altında 100-dən çox sayt, jurnallar, milyonlarla tirajı olan 300 addan çox kitab və bir televiziya kanalı var. Kitabları, jurnalları pulsuz paylanır, “A9” televiziyası isə hər gün peyklə yayımdadır. Çox qəribədir ki, bu cür yayım orqanlarının heç birində reklamdan istifadə olunmur. Bu fakt isə onun masonlar tərəfindən maliyyələşdirildiyinin sübutudur. Geri qayıt |