Əsas Səhifə > Güney Press > Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdi
Sərkisyanın gizli planı Köçəryanı hiddətləndirdiDünən, 11:06 |
Son günlər Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyan arasında gərginlik yaşanır. Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Styopa Safaryan deyib. Ekspert Sərkisyan və Köçəryanın parlament fraksiyaları arasında baş verən söz atışmasının iki səbəbi ilə bağlı öz fikirlərini bildirib: “Xarici faktor - Şimaldan (Rusiyadan) müəyyən hərəkətlər üçün yeni əmr gəlib, komandalardan biri tapşırığı yerinə yetirməyə hazırdır, digəri yox. Daxili seçkilər - hər iki komanda bununla bağlı durumdan (mümkün nəticələrdən) xəbərdardır. Onlardan biri növbəti parlamentdə olmayacaq, buna görə də indidən özlərinə yer eləməyə çalışırlar. İkisi də anlayır ki, biri parlamentdə olmayacaq. Biri aidiyyəti qurumlarla əlaqə saxlayaraq, yerini təmin etmək üçün öz xidmətlərini təklif edib, o biri komandanın da bundan xəbəri olub və özünü yırtmaq qərarına gəlib. Hansının hansı olduğunu təxmin edin”. Safaryan parlamentdə yer tutmaq üçün Sərkisyan və ya Köçəryandan hansının Ermənistan hökuməti ilə təmasa keçdiyini dəqiqləşdirməyib. Ehtimal edilir ki, həmin şəxs Sərkisyandır. Rusiyadan mümkün təlimata gəlincə, bunun Köçəryanla bağlı olduğu iddia edilir. Geri qayıt |