Əsas Səhifə > Güney Press > "Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır"

"Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır"


Dünən, 09:58
"Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır"
"Bu gün Azərbaycanda epidemoloji vəziyyət çox qarışqıdır. Öncəliklə, qeyd edək ki, pandemiya bitsə də, hələlik, COVİD-19 davam edir. Elə, Avropanın özündə də xeyli yoluxmalar var. Omicron ştammı mutasiya variantları davam edir. Digər tərəfdən, ənənəvi olaraq, hər il olduğu kimi qrip infeksiyası ölkədə mövcuddur".

Bunu Sonxeber.az-a tibbi ekspert Adil Qeybulla danışıb.

O, açıqlamasında qeyd edib ki, antibiotiklərin yaranan viruslara heç bir təsiri yoxdur:

"Çində hal-hazırda peyda olan insan metapevmovirusu və mikoplazma pnevmoniyasının olması da nəzərə alınmalıdır. Çünki, qloballaşan dünyada bunun Azərbaycana gəlib çıxması tamamilə real və məntiqi görsənir. Bu gün konkret olara biz deyə bilmərik ki, həmin infeksiyalar ölkədə var ya yoxdudur. Yəni, söhbət Çində meydana gələn virusdan gedir. Baş verən epidemoloji durum, göstərir ki, bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır. Bu baxımdan da biz xəstələnən təqdirdə həmin infeksiyanın növünü təyin edə bilmirik. Buna bəzən heç ehtiyac da duyulmur. Xaricdə bu xəstəliklərin böyük əksəriyyəti soyuqdəymə xəstəlikləri adı altında qruplaşdırılır. İlk yardım olaraq insanlar xəstələndiyi təqdirdə özünü təcrid etməli, bol maye qəbul etməli və qızdırma yüksək olduqda parasetamol içmə bilərlər. Qalan hallarda isə ancaq həkimə getmək lazımdır. Boş-boş antibiotiklərdən istifadə tamamilə yalnış yanaşmadır. Bunu nəzərə almaq lazımdır ki, antibiotikin virusa heç bir təsiri yoxdur. O yalnız bakterial ağırlaşmalar zamanı təyin edilir. Diqqət edilməsi gərəkən digər məsələlər isə insanların xəstələndiyi təqdirdə işə getməməsi, yataqda olması, başqalarını yoluxdurmamasdır. Hər kəs bu cür vətəndaş mövqeyi sərgiləsə, biz bu epidemiyadan daha az itkilərlə qurtula bilərik".

Geri qayıt