Əsas Səhifə > Güney Press > "Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma...
"Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma...6-01-2025, 14:55 |
Rusdan öyrəndiyimiz çox şey var, Bizim də rusa öyrətdiyimiz çox şey vardır. Bir əsas var ki, o her şeyin əsasıdır, Rus bizə onu tanıtdı və öyrəndik. "Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik. Rusun "təhkimliyili" rusun dərdidir, onu keçə bilmir. Bir kimliyin ən təməl əsası Dilin içindədir və Dilindədir. Rusca "təhkimçiliyin" dilidir və bu dil "təhkimçiliyə etiraz" olaraq formalaşdığı üçün etiraz etdiyi şeyin nə olduğunun həqiqətini bilmir. "Protest" edənlərin nəyə və kimə protesti "pərəstliyin" davamıdır və istədiyinin yeni "pərəstiklik" olduğunun bilinməməsidir. Bu Dildə Həqiqəti təmsil edənlər Həqiqətin nə olduğunu bilməyənlərdir, Və Rusca yazıb oxuyanlar bütün ömürləri boyu təhkim altındadırlar. Dili təhkimçiliyindən xilas edən Dindir, Dil Dini təmsil etmədikcə məhkumdur və cəza altındadır, xilası yoxdur. Bizim dilimiz Dini təmsil edir, Dinin həyata verdiyi "Dünya" bütövdür, bu səbəbdən dili daşıyanlar dilin içində azaddırlar, "Cümlə"nin içində məhkumdurlar. Bizim "cümlə"miz ruscaya təhkim oldunduğu üçün çarəsizləşib, durduğu yerdə donub, hərəkətsizdir, Dilin içində isə özüdür və sözü ilə diridir. Dilin içindəki "Dünya" ilə yazıb oxunan Cümlədəki "Мир" ayrı ayrı təsəvvürlərlə yükləndiyindən zaman və məkan bütövlüyü yaranmır, ziddiyyətlər üzə çıxır. Bizə "təhkimçilik"lə rus monğollarda yaşanan "nökər"çiliyi əsas alaraq gətirdi, Və Həqiqəti təmsil edənlərin bir sürü "nökərlər" olduğunu göstərdi. "Nökər" Ağasına sadiqlik andı içən çarəsiz məxluqdur, Ağası üçün ölən, öldürən vasitədir, Xidmətin vasitəsidir.. Monğol idarəetməsində əsas güclərdən biri kimi Rusun "крепостной"- "təhkimçi" ilə bir yerdə "Xidmət"in yükünü müəyyənləşdirdilər. Rusca öz içində də "Xidmət"in dilidir, bizə də xidmət dili kimi təhkim edildi, Bizə "rusca"nı iki yerdə öyrətdilər, məktəb və ordu da. Həyatımızda isə idarəetmədəki yazı dili oldu. Üç tərəfli təhkimçilik azərbaycancanın cümləsini əsir aldı. Və Məhkumluq cəzası başladı. Hələ də bu həyatın parçasıyıq, yeni "dünya"mız dilin əsarətinin cəza müddəti bitənə qədər davam edəcəkdir. Bu da keçər deyib, cümləmi öz dilimdə qurmağa çalışıram. Və salam... İdris HEYDƏRLİ - "DİA-AZ" Geri qayıt |